“Buraxılış imtahanlarının tarixini bütün nazirlik və təşkilatlarla dəqiqləşdirdikdən sonra ilin sonunda elan edəcəyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
“Biz artıq bu ilin imtahanları ilə əlaqədar olan proqramı sentyabr ayından ictimaiyyətə açıqlamışıq. Builki yeniliklər buraxılış imtahanında ingilis dilində olan yeniliklərdir”.
M. Abbaszadə, həmçinin qeyd edib ki, şəhid övladları üçün sınaq imtahanları pulsuz keçiriləcək. "Bu idarənin qapısı sizin üçün açıqdır".
O bildirib ki, 2025-2026-ci tədris ilində 46 şəhid övladı məzun olacaq: “Biz şəhid övladları ilə fəxr edirik. İnanırıq ki, yaxşı nəticələriniz olacaq. Göstərəcəyimiz köməkliklər daimi olacaq, həm dəstək həm qayğı göstərəcəyik”.