Azərbaycan millisi və "Neftçi" klubunun üzvü Aysun Seydiyeva futbolçu karyerasını bitirib.
Ölkə.az Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı 27 yaşlı futbolçu saytımıza açıqlamasında təsdiqləyib. Millimizin üzvü klub və yığma komandadakı karyerasını başa vurduğunu bildirib.
Qeyd edək ki, Aysun Seydiyeva müxtəlif illərdə "Səbail", "Rizespor", "Antalyaspor", "Rubin Kazan" kimi klublarda çıxış edib.
Aysun Seydiyeva "Sabah" klubunun oyunçusu Amin Seydiyevlə evlidir.