“Vosmoy” bazarında küçə ticarətinin yığışdırılmasına başlanılıb

 30-10-2024

Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb.

Artıq ərazidə sonradan tikilmiş taxtadan olan köşk və piştaxtalar sökülüb. Küçə ticarətinin aparıldığı ərazinin təmizlənməsinə başlanılıb.

Öz mallarını daşımaqla məşğul olan obyekt sahibləri əvvəlcədən söküntü ilə bağlı məlumat verilmədiyini bildiriblər. Mallarının yerdə qaldığını deyən satıcılar onları harada satacaqlarını bilmirlər.

Nizami Rayon İcra Hakimiyyətindən bildirilib ki, “8-ci km bazarı” ətrafında, Naxçıvanski küçəsi boyunca ərazidə olan qanunsuz küçə ticarətinin və antisanitar vəziyyətin aradan qaıdırlması ilə bağlı tədbirlər görülür:

“Qanunsuz quraşdırılmış şəhərin ümumi görünüşünə xələl gətirən köşklər götürülür. İşlər yekunlaşdıqdan sonra ərazidə təmizlik, abadllq və yaşıllıq işlərinin aparılması nəzərdə tutulur.

Eyni zamanda bildiririk ki, bir ay öncə Naxçıvanski küçəsi boyunca qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə ərazidə abadlıq işlərinin aparılacağı barədə xəbərdarlıq edilib”.

“Qafqazinfo”nun fotoqrafı Xəyal Vəlizadənin söküntü gedən ərazidən lentə aldığı görüntüləri təqdim edirik:














Bənzər yazılar

0.10143303871155