Prezident İlham Əliyev Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” 22 iyul 2022-ci il tarixli sərəncamında dəyişiklik edib.
Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.
Qeyd edək ki, Sahib Məmmədov 26 avqust 2024-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına yeni sədr seçilib. O, 28 avqustda iqtisadiyyat nazirinin müavini vəzifəsindən ayrılıb.
Elnur Əliyev isə 10 fevral 2022-ci ildən etibarən iqtisadiyyat nazirinin birinci müavini vəzifəsini icra edir.
Prezidentdən Elnur Əliyevlə bağlı SƏRƏNCAM
30-10-2024