Polad Həşimovun həyat yoldaşına vəzifə verildi

 03-09-2024
Şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun həyat yoldaşı Ofelya Salmanovaya yüksək vəzifə verilib.
 
Qaynarinfo-nun məlumatına görə, o, Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin layihələr üzrə meneceri vəzifəsinə təyin edilib.
 
O.Salmanova 1997-2001-ci illərdə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin riyaziyyat ixtisası üzrə bakalavr, 2001-2003-cü illərdə isə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakultəsinin həndəsə ixtisası üzrə magistratura təhsili alıb.
 
O, 2018-2021-ci illərdə müəllimlərin işə qəbulu imtahanı nəticəsi ilə Şəmkir rayonu Qaranüy kənd məktəbində riyaziyyat müəllimi, daha sonra isə Bakı Şəhəri üzrə Təhsil İdarəsində müxtəlif vəzifələrdə çalışıb. 

Bənzər yazılar

0.19893002510071