Vidadi Mahmudov həbs edilə bilər - Böhtan atmaqda ittiham edilir

 29-08-2024

Keçmiş müsavatçı vəkil Vidadi Mahmudov xüsusi ittiham qaydasında məhkəməyə verilib. 

Qaynarinfo.az xəbər verir ki, o, Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsi ilə ittiham edilir. 

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Sentyabrın 3-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək. 

Qarşı tərəfin kim olması barədə məlumat yoxdur. Vidadi Mahmudovun özü ilə danışmaq mümkün olmayıb. 

147-ci maddədə 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Vidadi Mahmudov 2005-ci ilin parlament seçkilərində Mərkəzi Seçki Komissiyasının katibi kimi Müsavat Partiyasını təmsil edib. Seçkidən sonra isə partiya təmsilçiliyinə son qoyub və siyasətdən gedib. Hazırda vəkillik fəaliyyəti məşğul olur. 

 

Bənzər yazılar

0.097255945205688