Azərbaycanda universitetlərdə neçə professor var?

 31-08-2024

Dövlət və qeyri-dövlət ali təhsil müəssisələrində professor-müəllim heyətinin sayı açıqlanıb.

Bu barədə Dövlət Statistika Komitəsinin "Azərbaycanda təhsil, elm və mədəniyyət" adlı statistik məcmuəsində məlumat yer alıb.

Belə ki, 2023-2024-cü illəri əhatə edən tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycan universitetlərində professor-müəllim heyətinin sayı 15807 nəfərdir.

Onlardan 1262 nəfər elmlər, 5 min 891 nəfər isə fəlsəfə doktoru elmi dərəcəsi olanlardır. Bundan başqa, 1043 nəfərin professor, 3 min 889 nəfərin isə dosent elmi adı var.

Həmin heyətin tərkibindəki qadınların sayı 9 min 272 nəfərdir.

 

Bənzər yazılar

0.2411801815033