Şəhid anası vəfat etdi

 01-09-2024

Vətən müharibəsi şəhidi Rəsul Sadıqovun anası Elnarə Sadıqova vəfat edib.

Bu barədə social şəbəkədə məlumat yayılıb. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, R.Sadıqov 2001-ci il martın 3-də Bakı şəhərində dünyaya gəlib. 44 günlük Vətən müharibəsində könüllü olaraq iştirak edib. 2020-ci il 10 oktyabrında Ağdərə, Suqovuşan, Murov yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Mehdiabadda Şəhidlər xiyabanında dəfn olunub.

R.Sadıqov ölümündən sonra “Vətən uğrunda” , “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Bənzər yazılar

0.21235394477844