Son 18 ildə Azərbaycanda qız uşaqlarının sayı 96 min azalıb

 29-08-2024

Bu ilin əvvəlinə olan məlumata görə Azərbaycanda 2 milyon 633 min uşaq (0-17 yaş) olub.

Yeniavaz.com açıqlanan sonuncu rəsmi məlumatlara istinadən xəbər verir ki, uşaqların 1 milyon 402,2 mini oğlan, 1 milyon 230,8 mini isə qız olub.

Son 18 ildə uşaqların sayı 86,1 min və ya 3,2% azalıb. Azalma qızların sayında qeydə alınıb. Belə ki, son 18 ildə oğlanların sayı 9,5 min və ya 0,7% artdığı halda, qızların sayı 95,6 min və ya 6,7% azalıb.

Əgər 2006-cı ildə əhalinin 31,8%-ni uşaqlar təşkil edirdisə, 2024-cü ildə bu göstərici 25,9%-ə düşüb.

 

Bənzər yazılar

0.10317015647888