Uşaq bağçasında yayılan görüntülərlə bağlı cinayət işi açıldı

 13-07-2024
Sabunçu rayonunda azyaşlının şiddət gördüyü və təhqir edildiyi 310 nömrəli bağçanın direktoru və tərbiyəçinin görüntüləri yayılıb.

BAKU.TV həmin bağçada olub və tərbiyəçini danışdırıb. Tərbiyəçi tutduğu əməli etiraf edib və özünə belə haqq qazandırıb:

“Eləmişəm! Sadəcə o qədər əsəblərimi cilovlaya bilmədim. Haqsızlıq o qədər baş verdi ki...”, - deyə tərbiyəçi bildirib.

Baçanın direktoru Humay Hüseynova da hadisənin baş verdiyini etiraf edib.

Azyaşlının anası bildirib ki, onun özü də övladının döyülməsi haqqında məlumatı sosial şəbəkə vasitəsilə öyrənib.

Valideyn hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) də araşdırmalara başlayıb. Nazirliyin Mətbuat Xidmətindən bildirilib ki, bağça rəhbərliyi və tərbiyəçi polisə dəvət olunublar.

Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.

DİN-in Mətbuat Xidmətinin media və ictimiayyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcəkdir.

Xatırladaq ki, 310 nömrəli uşaq bağçasında tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb. Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən 310 nömrəli uşaq bağçası müdirinin səlahiyyətlərinə xitam verilib.

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) isə bildirilib ki, 310 nömrəli bağçada tərbiyəçi-müəllimin uşağa qarşı uyğunsuz davranışı ilə bağlı araşdırma aparılıb.

Təlim-tərbiyə prosesinə uyğun olmayan bu kimi halların yolverilməzliyi nəzərə alınaraq tərbiyəçi-müəllim vəzifəsindən azad edilib. Həmçinin Əmək məcəlləsinin müvafiq maddəsinə əsasən bağça müdirinin səlahiyyətlərinə də xitam verilib.

Daha ətraflı BAKU.TV-nin reportajında:

 

Bənzər yazılar

0.20440196990967