Təhsilin İnkişafı Fondunun rəhbəri qurumun maliyyə mənbələrindən danışdı

 12-07-2024

"Təhsilin İnkişafı Fonduna toplanan vəsaitlər müxtəlif mənbələrdən daxil olur".

Bunu Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov findun maliyyə mənbələri ilə bağlı danışarkən deyib.

"Əsas mənbələrimiz ali təhsil, orta ixtisas təhsil müəssisələrinin, kolleclərin və digər təhsil müəssisələrinin büdcədənkənar vəsaitlərinin ayırmalarıdır. Bu ayrılmalara ildə oratalama 7-8 milyon manat vəsait daxil olur və bu vəsait fondda toplanır. Eləcə də özəl sektor fonda deyil, fondun müxtəlif sahələrinə sərmayələr verir". \

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib ki, Vahid tələbə kartının yaradılması beynəlxalq təcrübəyə əsaslanır.

"Qonşu ölkələrdə tələbələrə həm muzeylərə girişdə, həm sərgi salonlarında, həm nəqliyyatda üstünlüklərin şahidi olmuşunuz. Bu bizim diqqətimizi cəlb edir. Təhsilin İnkişafı Fondu daha geniş kütləni öz fəaliyyəti ilə əhatə etməyə çalışır. 

Burada artıq həll olunmuş məsələlər var. Yəni müəyyən şəbəkələrlə razılıq verilən sahələrdə 100-ə yaxın şirkətdə endirimlər var. Eyni zamanda bizim məhsul hazır olduqdan sonra müəyyən yerüstü yeraltı nəqliyyat metro və s. ilə danışıqlara başlayacaq.

Bu sahədə Elm və Təhsil Nazirliyi də bizə dəstək olacaq. Çünki bu bir qurumun qərarı deyil,  tariflərin dəyişdirilməsindən söhbət gedir. Qarşımıza məqsəd qoymuşuq. Amma nə, necə və nə zaman olacağı barədə danışmaq tezdir". 

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov deyib ki, Yeni tədris ilində ali təhsil müəssisələrində təhsil alan  tələbələr üçün bir sıra güzəştlər nəzərdə tutulur.

"Yeni tədris ilində biz ali təhsil müəssisələri ilə danışıb razılaşdırmışıq. Vahid tələbə kartı ilə bağlı müxtəlif həm ödəmə sistemi, həm giriş kartı, həm nəqliyyat, kəşbək sistemi və s. endirimlərin təmin olunması yenilik olacaq",- deyə o əlavə edib.

 

Bənzər yazılar

0.20003294944763