Şahin Bağırov rəisi təqaüdə göndərdi - Polkovnik təyin olundu

 13-05-2024

Dövlət Gömrük Komitəsinin Baş Gömrük Mühafizə Xidmətinin rəisi işdən çıxarılıb. 

Qaynarinfo.az-nun əldə etdiyi məlumata görə, polkovnik Şıxəliyev Elçin Yavər oğlu Baş Gömrük Mühafizə Xidmətinin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. 

453524

Polkovnik Mustafayev Mübariz İsa oğlu rəis müavini təyin edilib. Bu barədə komitə sədri, general-leytenant Şahin Bağırov müvafiq əmr imzalayıb. Mübariz Mustafayev idarənin rəis əvəzi vəzifəsini icra edir. 

Qeyd edək ki, 56 yaşlı polkovnik Mübariz Mustafayev Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsi rəisinin birinci müavini vəzifəsində çalışıb. Vətən müharibəsi iştirakçısıdır. O, 25 ildən çoxdur DGK-da müxtəlif vəzifələrdə çalışıb. 

453525

Bənzər yazılar

0.08994197845459