Videosu yayılan Saleh Novruzi işdən çıxarılıb - Yerinə onu gətirdi

 08-05-2024

Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi vəzifəsindən azad edilib. 

Qaynarinfo-ya daxil olan məlumata görə, bu barədə nazir Teymur Musayev müvafiq əmr imzalayıb. 

Nazirin müvafiq əmri ilə Sanitariya-Karantin Mərkəzi publik hüquqi şəxsin baş direktor vəzifəsi müvəqqəti olaraq Musayev Samir Akif oğluna həvalə edilib. 

Qeyd edək ki, Baş Prokurorluğun Əməliyyat-axtarış tədbirləri nəticəsində Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar. İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

 

Bənzər yazılar

0.072137117385864