Bakı Dövlət Universitetinə (BDU) qarşı məhkəmə iddiası qaldırılıb.
Yeniavaz.com xəbər verir ki, məhkəmə iddiası Bakı Kommersiya Məhkəməsinin hakimi Kənan Hüseynovun icraatına verilib.
Məhkəmə iddiası ölkənin tanınmış tikinti şirkətlərindən biri olan “Yusi Ko” MMC tərəfindən podrat müqaviləsi üzrə mübahisələrlə bağlı qaldırılıb.
Məlumat üçün bildirək ki, “Yusi Ko” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 1 010 manat olan MMC-nin qanuni təmsilçisi Suvarov Eldar Cahangir oğludur.