Aksel Vitsel bu mövsümün sonunda Dortmund "Borussiya"sını tərk edəcək.
Qol.az "Sky Sport"a istinadən xəbər verir ki, alman klubu 33 yaşlı belçikalı ilə müqaviləni yeniləməmək qərarına gəlib. Yayda o, azad agent kimi komandadan ayrılacaq.
Xatırladaq ki, Vitsel 2018-ci ildən "Borussiya"da oynayır. O, bu mövsüm Bundesliqada 25 oyuna çıxıb və 1 qol vurub.