Yunanıstan Superliqa təmsilçisi “Panatinaikos”un yeni baş məşqçisi bəlli olub.
Ölkə.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-yaşıllar" portuqaliyalı Ruy Vitoriyaya həvalə olunub.
O, bu postda istefaya göndərilən Dieqo Alonsonu əvəzləyib.
Ruy Vitoriyanın son olaraq Misir yığmasını çalışdırıb.
Qeyd edək ki, "Panatinaikos" 9 turdan sonra 13 xalla 8-ci sırada qərarlaşıb.