Bakcell şəhid və qazi ailələrinə dəstəyini DAVAM ETDİRİR

 30-09-2022

“Bakcell”in şəhid və qazi ailələrindən olan qadınların təhsil və məşğulluq imkanlarının artırılmasına yönəlmiş Korporativ Sosial Məsuliyyət (KSM) layihəsi başa çatıb.

2021-2022-ci illəri əhatə edən layihədə 16 qadın iştirak edib. İlkin mərhələdə onlara motivasiya, məqsədlərinin müəyyən olunması, yumşaq bacarıqların inkişaf etdirilməsi, CV-nin tərtib olunması, şəbəkələşmə və s. mövzularında seminarlar və praktik məşğələlər keçilib.

Növbəti mərhələdə qadınlar 7 ay davam edən ingilis dili, rus dili, kompüter, kiçik biznesin qurulması və idarə olunması, mühasibatlıq kimi kurs və təlimlərə qatılıblar.  

Layihə benefisarları öz istəklərinə uyğun olaraq təhsillərini davam etdirmək, peşə təhsilinə başlamaq və işlə təmin olunmaq kimi imkanlardan yararlanıblar.

Müharibədən əziyyət çəkən uşaqlara və həmçinin şəhid və qazilərin ailə üzvlərinə qayğı və diqqətin göstərilməsi Bakcell şirkətinin KSM proqramının əsas istiqamətlərindən biridir. Şirkət bu sahədə bir neçə layihə həyata keçirir.

Bənzər yazılar

0.25960683822632