ABŞ-da Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp və onun Demokratlar Partiyasından rəqibi Kamala Harris seçkiyə iki həftədən az bir müddət qalmış seçici dəstəyi ilə bərabərdir.
“Report.az” xəbər verir ki, bu barədə “Emerson College” Universitetinin analitik xidmətinin saytında dərc olunan sorğunun nəticələrində göstərilib.
Araşdırmaya görə, respondentlərin 49%-i Tramp və Harrisi dəstəkləyib. Respondentlərin 1%-i favoritlə bağlı qərar verməyib, 1%-i başqa namizədə səs verməyə üstünlük verib.
Oktyabrın 23-24-də keçirilən sorğuda minə yaxın potensial amerikalı seçici iştirak edib.