Bakıda parkinqlə bağlı yeni texniki vasitə - Sürücülər cərimələnir

 01-09-2024

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) paytaxt küçələrində parklanma qaydalarını pozan sürücüləri xüsusi texniki vasitədən istifadə etməklə cərimələyir.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, xüsusi nəqliyyat vasitəsi paytaxt küçələrində hərəkətdə olarkən düzgün parkinq edilməmiş avtomobilləri müəyyən edir və onlar barəsində inzibati protokol tərtib edilərək cərimələnirlər.

Hazırda AYNA tərəfindən pilot layihə kimi həyata keçirilən yenilik kütləvi xarakter daşımasa da, yaxın vaxtlarda bütün paytaxt ərazisini əhatə edəcəyi gözlənilir.

Qeyd edək ki, qanunla müəyyən edilmiş parkinq ərazilərində, yəni “Azparkinq” sistemi üzrə park edilmiş avtomobillər də qaydalara uyğun formada park edilməsə, onlar da cərimələnir.

Xatırladaq ki, parklanma qaydalarının pozulmasına görə 20 manat, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digərlərinin parklanmasına görə 60 manat cərimə nəzərdə tutulub.

Məsələ ilə bağlı “Xəzər Xəbər”in daha geniş süjetini təqdim edirik:

Bənzər yazılar

0.21435403823853