Xidmət rəisi: Yanğın yerinə 8 yanğın avtomobili və 75 nəfər şəxsi heyət cəlb edilib

 16-05-2024

Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın yerinə 8 yanğınsöndürmə avtomobili, 3 xüsusi texnika və 75 nəfər şəxsi heyət cəlb edilib.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib.

Onun sözlərinə görə, yanğın qısa müddət ərzində məhdudlaşdırılıb və hazırda tam söndürülmə işləri görülür:

“Xəsarət alan insanlar barəsində hələ ki, heç bir məlumat daxil olmayıb. Yanğının ərazisi ölçülür, əlavə məlumat veriləcək”.

Bənzər yazılar

0.070487022399902