Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadov vəzifəsindən azad edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.
İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, buna qədər Akşin Ziyadov Nizami rayon prokuroru vəzifəsində çalışıb. 2017-ci ildə Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi təyin olunub.
Xatırladaq ki, Probasiya Xidməti penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin tam təmin olunması, müasir texnoloji vasitələrin tətbiq edilməsi və cəza siyasətinin humanistləşdirilməsini təmin edən qurumdur.