Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldılar

 14-05-2024

Bakıda sürət yarışı keçirən avtomobillərin sürücülərinə hökm oxunub.

“Qaynarinfo”nun məlumatına görə, sürət yarışı keçirənlər 1990-cı ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş Cəfər (şərti ad) və 2007-ci ildə Bakı şəhərində anadan olmuş Teymur (şərti ad) adlı şəxslərdir.

Onlar “Mercedes-Benz E220 CDİ” və “Mercedes-Benz E200” markalı avtomobillərlə Mərdəkan qəsəbəsi istiqamətində sürət yarışı keçiriblər. Sürət həddinin aşılması “Mercedes-Benz E220 CDİ” markalı avtomobillin sürücüsü tərəfindən çəkilmiş videogörüntü ilə müəyyən edilib. Hər iki avtomobilin sürəti 160 km/saat olub.

Sürücülər Suraxanı Rayon Dövlət Yol Polisi Şöbəsində törətdikləri əməli etiraf ediblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. “Mercedes-Benz E200”ün sürücüsü 2500 manat, “Mercedes-Benz E220 CDİ”nin sürücüsü 2000 manat cərimələniblər.

 

Bənzər yazılar

0.081090927124023