FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

 11-05-2024

Ölkə.az xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq FHN-in Mətbuat xidmətindən bildirilib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 11.05.2024-cü il tarixində yerli vaxtla saat 17:23-də Lənkəran seysmik stansiyasından 16 km şimal-qərbdə, Lənkəran şəhəri, Bəliton kəndi ərazisində 18 km dərinlikdə 5.2 maqnituda zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bala yaxın ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.

 

Bənzər yazılar

0.081550121307373