Türkiyədə “TikTok” qadağan oluna bilər

 30-04-2024

“TikTok” platformasının Türkiyədə qadağan edilməsi üçün addım atıla bilər.

Məlumata görə, Milliyyətçi Hərəkat Partiyasının Kırıkkale millət vəkili Halil Öztürk müvafiq təşəbbüslə çıxış edib.

“Aydındır ki, çoxlu əxlaqsız paylaşımlar və milli dəyərlərimizi tapdalayan “TikTok” ən qısa zamanda bağlanmalıdır. Bildirmək istərdim ki, biz bu istiqamətdə qanun layihəsi hazırlayırıq. “TikTok” sosial media platforması sözün əsl mənasında bataqlığa çevrilib və bataqlıqda milçək tutmaqdansa, bataqlığı qurutmaq lazımdır”, - o qeyd edib.
Öztürk əlavə edib ki, “TikTok” tətbiqi türk ailə quruluşuna və mədəniyyətinə uyğun olmayan görüntü və davranışların paylaşıldığı bir mühitdir.

Bənzər yazılar

0.12951993942261