Paytaxtın Nəsimi rayonunda naməlum şəxsin evlərdən birindən 18 500 manat oğurlaması barədə zərərçəkənin polisə şikayəti daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törədən Təbriz Əhmədov saxlanılıb. O, ev sahibinin mənzilin qapısını açıq saxlayaraq yuxuya getməsindən istifadə edərək qeyd edilən oğurluq əməlini reallaşdırıb.
Nəsimi RPİ-nin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vüqar Həsənov, Fərid İsgəndərov və Gülməmməd Musayev də saxlanılıblar. Həmin şəxslərdən iki kiloqramdan artıq marixuana, heroin və metamfetamin aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.