Dövlət Xidməti cərimə yazdı, dispanser rəhbərliyi narazı qaldı

 27-03-2024

Naxçıvan Muxtar Respublikası (MR) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Bakı Şəhər Tibb Bədən Tərbiyəsi Dispanseri arasında qalmaqal yaşanır. 

Qaynarinfo xəbər verir ki, qalmaqalın səbəbi dövlət xidmətinin dispanserə cərimə yazmasıdır. 

Qurum dispanseri İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə cərimələyib. Bu maddə işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi vəızifəli şəxslərin 1500 manatdan 2000 manatadək cərimə edilməsi nəzərdə tutulur. 

Həmçinin maddədən aydın olur ki, cərimə dispanserin rəhbərliyinə yazılıb. 

Məlumat üçün deyək ki, Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı Şəhər Tibb Bədən Tərbiyəsi Dispanserinin baş həkimi Aysel Məmmədovadır. 

Əldə etdiyimiz məlumata görə, dispanserin rəhbərliyi dövlət xidmətinin qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət edib. İşə Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq. 

 

Bənzər yazılar

0.076154947280884