Gəncə Dövlət Universitetinin Novruz bayramı münasibətilə ali təhsil müəssisəsinin əməkdaşı olan şəhid, əlil, veteran, kimsəsiz və aztəminatlı ailələrə, məcburi köçkünlərə zəruri ərzaqlardan ibarət bağlamalar təqdim etməsi və bunu mətbuatda işıqlandırması tənqid olunub.
MillətinSəsi.info xəbər verir ki, sosial şəbəkə istifadəçiləri universitetin bu addımını tənqid edərək məsələnin işıqlandırılmamalı olduğunu bildiriblər.
Bəziləri isə verilən sovqatın həcminin çox kiçik olduğunu, bağlamalarda az miqadarda “yeyilməyən şeylər” olduğunu dilə gətiriblər. Bəzi istifadəçilərin rəylərini təqdim edirik:
Məsələ ilə bağlı Gəncə Dövlət Universitetilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.