“Rus mədəniyyəti və rus dili sanksiya təzyiqinə məruz qalmamalıdır”.
MillətinSəsi.info xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev Antalya Diplomatiya Forumu-2022 çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Həqiqətdən sonrakı dövrdə dezinformasiya ilə mübarizə” mövzusunda təşkil edilən paneldə çıxışı zamanı səsləndirib.
"Biz hesab edirik ki, mədəniyyət, eləcə də dil siyasətdən kənarda olmalıdır. Bu, ən mühüm məsələdir. Heç bir halda mədəniyyət və ümumbəşəri məsələlər və normalar siyasətlə əlaqələndirilməməlidir", - deyə o, qeyd edib.
Hikmət Hacıyev: “Rus mədəniyyəti sanksiya təzyiqinə məruz qalmamalıdır”
14-03-2022