Sakinlər Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində bina tikilməsindən narazıdırlar.
MillətinSəsi.info-nun məlumatına görə, sakinlər bildiriblər ki, Mənzil-Tikinti Kooperativlərindən (MTK) biri ərazidə yamacı yarıb, ancaq torpağın sürüşməsinin qarşısını almaq üçün gücləndirmə işləri aparmayıb. Daha sonra orada bina tikilib.
Bunun nəticəsi olaraq əvvəllər sakinlərin, xüsusilə məktəblilərin istifadə etdiyi pilləkənli piyada yolu dağılıb yararsız, qəzalı və təhlükəli hala düşüb.
Sakinlər iddia edirlər ki, güclü yağış yağarsa, torpaq sürüşməsi olacaq və ərazidəki məktəb tamamilə uçacaq.