Məşhur britaniyalı aktrisa Keyt Uinslet Londonda (İngiltərə) keçirilən BAFTA Televiziya Mükafatları mərasiminə 22 yaşlı qızı Mia Tripleton ilə birlikdə iştirak edib.
Onların geyimi sosial şəbəkələrdə böyük rəğbətlə qarşılanıb. İstifadəçilər xüsusən Hollivud ulduzunun gənc görünüşünü və zövqlü geyimini yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Mia Tripleton Keyt Uinsletin ilk evliliyindən olan qızıdır.
“Titanik” filmi ilə karyerası parlayan ulduz 1998-ci ildə britaniyalı kinorejissor Cim Tripletonla evlənib, 2001-ci ildə isə boşanıb.
Yeri gəlmişkən onu da bildirək ki, Uinslet və qızının birlikdə çəkildiklər “I Am Ruth” serialı BAFTA mükafatına namizəddir.
Mənbə: Daily Mail