Qızı Xalq artistinin səhhətindən DANIŞDI

 11-05-2023

“Uzun müddətdir, xəstə olan Xalq artisti Ənvər Həsənovun səhhətində irəliləyiş yoxdur”.

Aktyorun qızı APA-ya açıqlamasında Ənvər Həsənovun qidalanmasında və yuxusunda problem olduğunu deyib.

Xatırladaq ki, Xalq artisti Ənvər Həsənov ötən il səhhətində yaranan problem səbəbindən xəstəxanaya yerləşdirildikdən sonra öz istəyi ilə evə buraxılıb.

Bu yaxınlarda isə Mədəniyyət Nazirliyi aktyorun səhhəti ilə bağlı problemi nəzarətə götürdüyü barədə açıqlama yayıb.

Bənzər yazılar

0.20672297477722