Türkiyənin Mersin şəhərində konsert verən məşhur müğənni Kibariye səhnədən yıxılıb.
Müğənninin mühafizəçisi səhnəyə tullanan pərəstişkara müdaxilə etdiyi zaman Kibariye zərbə alıb və təxminən 2 metr hündürlükdən yıxılıb. Sənətçi xəstəxanaya aparılıb.
Kibariyenin yıxıldığı anlar mobil telefonlarla qeydə alınıb.
Müğənninin sağlamlıq vəziyyəti ilə bağlı səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
“Sənətçimiz Kibariye səhnədə yaşadığı xoşagəlməz hadisə nəticəsində yaralanıb. Onun müalicəsi Mersin Şəhər Xəstəxanasında davam etdirilir. Huşu özündədir. Bir müddət müşahidə altında saxlanılacaq, sonra evə buraxılacaq. Ona “keçmiş olsun” diləklərimi çatdırıram. Səsinizlə və nəşənizlə sizi yenidən aramızda görmək istəyirik”, - deyə o qeyd edib.
Mənbə: Haber Global