Aparıcının evini soydular: “Anama nəsə əlavə iynə vurub”

 09-05-2023

Aparıcı Sona Rəsulovanın evindən pul oğurlanıb.

Milletinsesi.info-ın məlumatına görə, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb.

Aparıcının sözlərinə görə, anasına qulluq edən xəstə baxıcısı evdən pul və zinət əşyası oğurlayıb:

“Artıq çoxunuz bilirsiniz ki, 5 fevral tarixində anam insult keçirib. 23 fevral tarixinə kimi xəstəxanada idik, daha sonra müalicəni evdə davam edirik. 2 mart tarixində evimizə özünü xəstə baxıcısı kimi təqdim edən Günay adlı qadın gəldi. Onunla yataq xəstəsinə baxmağa görə 1000 manata razılaşdıq. Bir ay sınaq müddəti başladı. Üç qızına çox cehiz verdiyi üçün borcunun olduğundan maaşının vaxtının 15 günü olmadığı halda əmək haqqının yarısının ödənilməsini istədi. Mən də razılaşdım”.

O qeyd edib ki, anasına baxan qadının bir çox bəhanələrlə tez-tez icazə alırmış:

“Onun işlədiyi vaxt ərzində evdə əşyalar itirdi. Mən də stresli vəziyyəti nəzərə alıb, sonra taparam deyirdim. Məsələn, anamın qızıl üzüyünü və bahalı ətrimi tapa bilmirdim. Daha sonra evdən pulların azaldığını hiss etməyə başladım. Bunu yoxlamaq üçün eyni yerə qoymaq şərti ilə az pul saxladım.

Hər gün pulların sayını qeyd edirdim, beləcə 100-150 dollar azaldığını aşkar etdim. Növbəti dəfə bu qadını evdə tək qoyduqdan sonra gəldim gördüm ki, yenə pullar azalmağa başlayıb. Anama baxan qadın da üç-beş gün ərzində evdən çıxmamışdı”.

Pulların evindəki qadın tərəfindən götürüldüyünü bildirən S.Rəsulova hadisə ilə bağlı  Daxili İşlər Nazirliyinə müraciət edib:

“Gecə saatlarında onu yanıma çağırdım və itən pulları, əşyaları götürdüyünü bildirdim. Nə isə pulu cibindən “salfetka”ya bükülmüş halda çıxardı. “Ehtiyacım var idi”, - dedi. “Bəs pulun yerini haradan bilirdin?” soruşanda isə - “Mən evdə hər yeri axtarırdım” , - deyə cavab verdi. Gecə əlini Qurani-Kərimə basıb başqa heç nə götürmədiyini bildirdi.

Ümumilikdə evimizdən 2400 dollar, 500 manat pul, bir qızıl üzük və bahalı ətir oğurlamışdı. Qadın gedəndən bir neçə gün sonra anamın səhhəti daha da yaxşılaşır. Deməli, o, anama nəsə əlavə iynə vurub ki, onun oğurluğuna mane olmasın.

Hadisə ilə bağlı polisə müraciət etdim. Dərhal əməliyyat qrupu yaradıldı və bu qadın polislər tərəfindən saxlanıldı. Dindirilən zaman əvvəlcə hər şeyi inkar etdi, daha sonra evdən oğurladığı üzüyü hansısa lombarda satdığını bildirdi. Üzük tapılıb və hazırda cinayət işi başlanılıb. Ümid edirəm ki, oğurladığı pullarımız da tezliklə qayıdar və cinayətkar cəzasını alar”.

Bənzər yazılar

0.22444486618042