Müğənnilər Emma Ələkbərzadə və Samir Bağırov illər öncə çəkdirdikləri fotonu təkrarlayıblar.
Milletinsesi.info-ın məlumatına görə, bununla bağlı E.Ələkbərzadə “Instagram” hesabında foto paylaşıb.
O, 1992-ci ildə və bu gün çəkilən şəkillərini birləşdirərək izləyiciləriylə bölüşüb.
“31 il sonra eyni şəkil. Sevimli Samir”, - deyə, Emma bildirib.