19 illik həyat yoldaşı Kevin Kostnerdən boşanır

 04-05-2023

Hollivud ulduzu Kevin Kostnerin həyat yoldaşı Kristin Baumqartner aktyordan boşanmaq üçün məhkəməyə müraciət edib.

Sənətçinin həyat yoldaşı boşanma ərizəsində “barışmaz fikir ayrılıqları”nın olmasını əsas gətirib.

Baumqartner, həmçinin məhkəmədən cütlüyün üç uşağına birgə qəyyumluq verilməsini xahiş edib və ABŞ-də nikah pozulduqdan sonra qanunla qadınlar üçün tələb olunan maddi dəstəyi istəmir.

Boşanmaya əslində nəyin səbəb olduğu hələ bildirilməyib. Kostner və Baumqartner 18 ildir evlidirlər. Bu, aktyorun ikinci evliliyidir - 1978-1994-cü illərdə o, Sintiya Silva ilə evli olub, ondan da üç övladı var. Kostnerin Bricit Runidən 1996-cı ildə dünyaya gələn qeyri-qanuni oğlu da var. Kostner Baumqartner ilə 2004-cü ildə evlənib - cütlük təxminən 19 il birlikdə yaşayıb.

Mənbə: TMZ

Bənzər yazılar

0.21965980529785