“Paytaxtınız ildən-ilə daha da gözəlləşir və maraqlı olur”.
“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Formula-1” üzrə Azərbaycan Qran-prisi üçün Bakıya səfər edən DJ Hardvel deyib.
Məşhur niderlandlı musiqiçi daha əvvəl də Azərbaycana gəldiyini söyləyib: “İlk dəfə 2019-cu ildə bu gözəl şəhərə səfər etmişəm. “Formula-1” yarışının bir parçası olmaq möhtəşəm hissdir. Dünənki konserti də izlədim. Yüksək səviyyədə təşkil olunmuşdu”.
“Red Bull” pilotu Maks Ferstappenlə eyni ölkədən olan Hardvel sabah onun yaxşı çıxış edəcəyinə inandığını vurğulayıb: “Mən böyuk “Formuıa-1” fanatıyam. 2017-ci ildə Meksika Qran-prisində DJ kimi iştirak etmişəm”.
O, hələlik Azərbaycan mətbəxi ilə tanış olmadığını sözlərinə əlavə edib: “Sizin musiqisini dinləmək imkamım olmayib. Olacağı təqdirdə gələcəkdə bundan faydalana bilərəm”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 30-da başa çatacaq.