“Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunub.
Bu barədə AAF məlumat yayıb.
“Formula-1”in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdirilir və izləyicilər yarış günlərində sərgini maraqla izləyir.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək. Belə ki, “Formula-1”in yarış halqasında (trek) klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.