Məşhur rusiyalı teleaparıcı Leonid Yakuboviç “Pole Çudes” şou-proqramının iştirakçıları üçün tapşırıqları kimin hazırladığı barədə danışıb.
Yakuboviçin sözlərinə görə, onun özü üçün bu sirdir. “33 il əvvəl bunun belə olmasına qərar verilib”, - deyə o bildirib.
Yakuboviç qeyd edib ki, tapşırıqlar iki redaktor tərəfindən hazırlanır və proqramın başlamasına bir dəqiqə qalmış teleaparıcıya gətirilir.
“Mən artıq studiyada olanda tapşırıqlar mənim önümdəki zərfin içində olur və o zaman acılır”, - deyə o əlavə edib.
“Mən yalnız xüsusi layihə hazırlanarkən tapşırıq mövzularının seçilməsi ilə bağlı tövsiyə verə bilərəm. Məsələn, biz hansısa müəssisə, hansısa respublika, hətta bir dövlətlə oynadığımız zaman bu mümkün ola bilər”, - deyə o vurğulayıb.
Mənbə: Teleprogramma.pro