Dünyada ilk dəfə Daun sindromlu Barbi gəlinciyi təqdim olunub.
Yeni oyuncaq ABŞ Milli Daun Sindromu Cəmiyyəti ilə “Mattel” şirkəti tərəfindən birgə hazırlanıb.
Təşkilatın prezidenti və nümayəndəsi gəlinciyin maketini “Good Morning America” televiziya şousunda nümayiş etdirib.
Milli Daun Sindromu Cəmiyyətinin sözçüsü Kayla MakKeon, özü də Daun Sindromunun daşıyıcısı kimi şirkətə məhsulun dizaynında kömək edib.
Verilişdə o, yeni gəlinciyin Daun sindromlu insanlar üçün xarakterik olan xüsusiyyətlərə malik olduğunu bildirib. MakKeonun sözlərinə görə, oyuncaq bestsellerə çevriləcək.
“Dostlarımın və həmyaşıdlarımın mənə bənzəyən bir gəlinciyi olduğunu görmək üçün səbirsizlənirəm”, - deyə o, bəyan edib.
Tezliklə Daun sindromlu gəlinciklər satışa çıxarılacaq. Model 2022-ci ildə buraxılan “Barbie Fashionistas” seriyasının bir hissəsi olacaq. Burada həmçinin ayağı protezli Barbi və əlil arabasında olan Barbi də var.
Mənbə: TASS