Günayın etirazına Dil Komissiyasından CAVAB: “Bizim gəncliyin dilinə yaraşmır” - VİDEO

 15-04-2023

Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin rəhbər müavini Gülarə Emirova müğənni Günay İbrahimlinin “O kimdir ki?” mahnısı ətrafında yaşanan qalmaqala cavab verib.

Bizim.media xəbər verir ki, qurumun rəsmisi, bu barədə verilişlərin birində deyib. 

G.Emirova G.İbrahimlinin nəğməsinin “Mahnılarımız monitorinq aynasında” kitabında yer alması səbəbi ilə etirazını bu fikirləri ifadə edib: 

“Günay xanım öz sənəti ilə sevilən müğənnidir. Biz də onun mahnılarını sevərək dinləyirik. “O kimdir ki” mahnısının aqressiv davranışları təbliğ etməsi siyahıda yer almasına səbəbdir.

Həm də həmin siyahıda mövzunun kəskinliyi yuxarıdan aşağıya doğru sıralanıb. O mahnı da ən aşağı pillədədir. “O kimdir”, “deyin səsini kəssin” kimi aqressiv ifadələrin işlədilməsi bizim gəncliyin dilinə yaraşmır”. 

Bənzər yazılar

0.22198104858398