Ötən gün qəfil səhhəti pisləşən müğənni Səidə Dadaşova əməliyyat olunub.
Müğənninin əməliyyatdan sonrakı vəziyyətini öyrənmək üçün Bizim.media-nın əməkdaşı Səidə Dadaşovanın həyat yoldaşı Məhəmməd bəylə (Maqa) əlaqə saxlayıb.
Sənətçinin həyat yoldaşı qısa olaraq bunları söyləyib:
“Səidə xanımın əməliyyatı dörd saat davam etdi. Şükür, indi özünü daha yaxşı hiss edir”.
Qeyd edək ki, ifaçının ginekoloji əməliyyat keçirdiyi bildirilib.