Beynəlxalq media imperiyasının rəhbəri və milyarder Rupert Merdok dördüncü arvadı, aktrisa Cerri Holla elektron poçt vasitəsilə məktub göndərdikdən sonra boşanıb.
O, 66 yaşlı Holla öz təəssüf hissini bildirib.
“Cerri, təəssüf ki, evliliyimizi bitirməyə qərar verdim. Əlbəttə ki, yaxşı vaxtlarımız olub, amma mənim çox işim var. Nyu-Yorkdakı vəkilim dərhal səninlə əlaqə saxlayacaq”, - deyə Merdok yazıb.
Məktubu alarkən, Hollun 2023-ci ilin iyununda əri ilə Oksfordşirdəki malikanəsində görüşməyi gözlədiyi bildirilir.
Cütlük bir neçə ay sonra rəsmən boşanıb.
Mənbə: gazeta.ru