Braziliyalı model Adriana Lima ABŞ-nin Los-Anceles şəhərində “Air Jordan” filminin qala gecəsində qırmızı xalıya sevgilisi, kinoprodüser Andre Lemmerslə çıxıb.
“Victoria's Secret”in keçmiş mələyi ötən ilin avqust ayında körpələrini qucaqlarına alaraq sevgilisi ilə kamera qarşısına keçmişdilər.
Adriana Lima “Dolce & Gabbana” brendindən 2250 avro dəyərində qırmızı libas geyinib. 41 yaşlı modelin dodaqları və dırnaqları da parlaq qırmızı olub.
Basketbolçu Maykl Cordanın şərəfinə eyniadlı idman ayaqqabısı seriyasının yaradılması tarixinə həsr olunmuş “Air Jordan” filmi aktyor Ben Afflek tərəfindən lentə alınıb. Afflekin özü, həmkarı Mett Deymon, həmçinin Viola Devis, Ceyson Beytman, Kris Taker və digər Hollivud ulduzları da filmdə çəkiliblər.
Mənbə: Daily Mail