Amerikalı aktrisa Riz Uizerspun 12 illik evliliyindən sonra əri Cim Totdan boşanmaq üçün məhkəməyə müraciət edib. O, bu barədə “İnstagram” səhifəsində məlumat verib.
“Legally Blonde” filminin ulduzu bu qərarın çox çətin olduğunu etiraf edib.
“Biz birlikdə çox gözəl illər keçirmişik və birlikdə yaratdığımız hər şeyə dərin sevgi, mehribanlıq və qarşılıqlı hörmətlə irəliləyirik”, - deyə o bildirib.
Uizerspun onu da qeyd edib ki, hazırda ən əsas məsələ onların oğlunun xoşbəxtliyidir.
Riz Uizerspun agent Jim Tot ilə 2011-ci ildə evlənib. Bir il sonra cütlüyün bir oğlu olub.
1999-2008-ci illərdə aktrisa aktyor Rayan Filliplə evil olub. Bu evlilikdə iki uşaq dünyaya gətirib.