“AzerGold” QSC-yə yeni vəzifələr həvalə olunub.
MillətinSəsi.info xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, “AzerGold” QSC Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022– 2024-cü illərdə Gəncəçay-Kürəkçay sahəsində (Çıraqlı-Zurnabad-Buzluq-Başqılaq) və Gədəbəy rayonu ərazisində (Qaradağ-XarxarCəyirçay sahələrində), 2022-2023-cü illərdə Göygöl rayonu ərazisində (Tülallar-Həsənlər sahəsi) axtarış işlərinin aparılmasınınə təmin etməlidir.
Eyni zamanda “AzerGold” QSC-yə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə 2022-2023-cü illərdə Daşkəsən dəmir qrupu yataqlarının ehtiyatlarının yenidən qiymətləndirilməsi və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illrədə Balakən-Zaqatala rayonlarında (Filizçay, Mazımçay və Katex sahələrində) geoloji axtarış və kəşfiyyat işlərinin aparılması, 2022-2024-cü illərdə isə Naxçıvan MR-də Göydağ-Ortakənd və Kükü-Zrnel və Ləkyətaq sahələrində geoloji axtarış və kəşfiyyat işlərinin aparılması həvalə olunub.