Azərbaycanlı tələbə bacılar Ukraynanın Xarkov şəhərində itkin düşüblər. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Yaxınları Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızından xəbər tuta bilmirlər.
Ukraynanın Xarkov şəhərində yaşayan, onlardan məlumatı olan şəxslərdən aşağıdakı telefon nömrəsi ilə əlaqə saxlamaları xahiş edilib.
Valideyninin əlaqə nömrəsi: +380 98 915 0523.
Sadıqova Aysu Natiq qızı və Sadıqova Səma Natiq qızının ailə yaxınların verdiyi məlumata görə, Ukraynada itkin düşdüyü deyilən tələbə bacılarla bağlı yayılan məlumat həqiqəti əks etdirmir.
Onlar bildirib ki, bu məlumatın sosial şəbəkədə kim tərəfindən paylaşıldığını bilmirlər, lakin qızlar Ukraynada bibisinin yanındadılar: “Həmin qızlar itkin düşməyib, hər ikisi bibisinin yanındadırlar. Hazırda Ukraynanın Mariupol şəhərindədirlər. Onlar da zirzəmiyə yığılıblar, təxliyə olunmağı gözləyirlər. Heç kim itkin düşməyib. Sonuncu dəfə anası onlarla danışıb. Qızların ata-anası Azərbaycana toya gəlmişdilər. Ukraynada bu hadisələr başladı deyə valideynləri geri qayıda bilmədilər. Qızların şəkillərinin paylaşılması ailəsinə pis təsir edir. Xahiş edirik, belə məlumatlar paylaşılmasın”.