Deputat Rüfət Quliyev parlamentin iclasında həyəcan təbili çaldı: “Vaxtı keçmiş ərzaq və dərmanlar satılır”

 05-04-2022

Milli Məclisin iclasında deputat Rüfət Quliyev Azərbaycandakı bəzi ticarət şəbəkələrində vaxtı keçmiş məhsulların satıldığını deyib.

MillətinSəsi.info-nun məlumatına əsasən, R.Quliyev bildirib ki, dövlət həmin məsələni nəzarətə götürməlidir.

Deputat apteklərdən də şikayətlənib, qeyd edib ki, onlar vaxtı keçmiş dərmanlar satırlar.

“Həmin dərmanların tərkibi barədə ciddi nəzarətə ehtiyac var. Ümumiyyətlə, dərmanların həm qiymət, həm də keyfiyyətinə nəzarət artırılmalıdır”, - deyə o əlavə edib.

Bənzər yazılar

0.25619220733643