Xırdalanın Hacı Zeynalabdin küçəsində yaşayan sakinlərin zibil problemi - VİDEO

 30-03-2022

Xırdalan şəhərinin Hacı Zeynalabdin küçəsində böyük bir ərazi zibilliyə çevrilib. Özü də yaşayış evlərinin bir addımlığında. 

Sakinlər küçə və prospektlərdə məişət tullantılarının vaxtında daşınmadığını bildirirlər. Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətinə (RİH) dəfələrlə müraciət etmələrinə baxmayaraq, tədbir görən yoxdur. 

Abşeron RİH-dən isə Baku TV-yə bildirilib ki, həmin ərazi bir vətəndaşın şəxsi mülkiyyətidir. Ancaq ərazi mütəmadi olaraq məişət tullantılarından təmizlənir və yaxın günlərdə yaranmış problem aradan qaldırılacaq.

Ətraflı süjeti təqdim edirik:

Bənzər yazılar

0.47452092170715