Polad Həşimovun anası Mübariz Mənsimovun qonağı oldu

 29-03-2022

Azərbaycanın şəhid Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə xanım İstanbulda Palmalı Şirkətlər Qrupunun rəhbəri azərbaycanlı iş adamı Mübariz Mənsimovun qonağı olub.

MillətinSəsi.info xəbər verir ki, bu barədə həmyerlimiz özünün sosial şəbəkə hesabında yazıb:

”Adını şanlı tariximizə yazan, şəhid Generalımız Polad Həşimovun anası Səmayə Ana dəvətimizlə İstanbula gəldi. Bu gün nur üzlü Səmayə xanım ofisdə bizi ziyarət elədi. Gözündə kədər olsa da baxışları çox qürurlu idi.

Oğlu ilə fəxr edirdi!

Biz də Generalımızla fəxr edirik. Vətənə Polad kimi oğullar verən anaların qarşısında da baş əyirik. Allah sizləri bizə çox görməsin”.

Xatırladırıq ki, Mübariz Mənsimov tankerlərindən birinə Polad Həşimovun adını verib.

  

Mənbə Gununsesi.info

Bənzər yazılar

0.58286213874817