Prezident BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafətdə iştirak edir

 23-10-2024

Kazanda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə rəsmi ziyafət verilib.

"APA.Az" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Dövlət başçısı “Kazan Expo” Beynəlxalq Sərgi Mərkəzinə gəlib.

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi salamlayıb.

Bundan başqa. Kazanda Rusiya Prezidenti Vladimir Putinin adından XVI BRICS Sammitinin keçirilməsi münasibətilə təşkil olunan rəsmi ziyafətin menyusu bəlli olub.

Dövlət rəhbərlərinə Tatar mətbəxindən kartoflu “Kıstıbıy” təqdim edilib.

İlkin yemək kimi nərə balığından və göbələkdən hazırlanmış düşbərə masaya düzülüb.

Menyuda o cümlədən, quzu baldırı və göyərti ilə hazırlanmış sudak balığı da yer alıb.

Rəsmi ziyafətdə içkilər Rusiya istehsalı olub.

Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib.

 

Bənzər yazılar

0.082525968551636